11 iyun 2012 17:32
Azərbaycan yığması üçün qeyri-adi stadion (FOTO)
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi ilk 2 matçın hansı stadionda oynanılacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimiz bu il sentyabrın 7-də İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
Sentyabrın 11-də keçiriləcək Portuqaliya yığması ilə oyun isə Braqa şəhərindəki “Braga Municipial Stadium”da keçiriləcək.
