11 iyun 2012 19:14
Rauf Əliyev: Əminəm ki, Portuqaliya və Rusiyaya müqavimət göstərə biləcəyik
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində hazırda davam edən Avropa çempionatından, klublarımızın avrokuboklara hazırlıqlarından və transferlərindən danışıb.
- Avropa çempionatının geridə qalan oyunlarından hansı daha çox sizin yadınızda qalıb?
- Mənim üçün ən maraqlı oyun İtaliya ilə İspaniyanın oyunu idi (1:1). Həmçinin İrlandiya – Xorvatiya görüşü də maraqlı alındı. Hələlik, bu qrupun oyunları daha çox diqqətimi çəkib. Bütövlükdə isə, Danimarkanın Hollandiya üzərindəki qələbəsi (1:0) istisna olmaqla hansısa sürpriz olmayıb.

- AÇ-nin geridə qalan oyunları ümidlərinizi doğruldub?
- Düzünü deyim ki, mən daha çox şey gözləyirdim. Bəzi komandaların üzvlərinin yorğunluğu diqqət çəkir. Bu da aydın məsələdi. Çünki Avropada əksər çempionatlar yenicə başa çatıb.

- Öz oyunu ilə fərqlənən futbolçu necə?
- Mən Andres İnyestanı qeyd edərdim. İtaliya ilə oyunda ispanların heyətində çox hərəkətli idi.
- Turnirin əsas favoritlərindən olan Almaniyanın ilk qələbəsi çox çətinliklə əldə olundu...
- Etiraf edim ki, bu komandadan daha yaxşı oyun gözləyirdim. Amma mümkündü ki, onlar növbəti oyunlarda daha yaxşı təsir bağışlasınlar. Çünki ilk oyunları portuqallara qarşı idi.
- DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Portuqaliya və Rusiya qitə birinciliyinə fərqli nəticələrlə başladılar. Onların oyunu barədə nə deyərdiz?
- Rusiya yığması indi daha çox topla oyuna üstünlük verir. Onlar əvvəllər atletik futbola üstünlük verirdilər. Mümkündü ki, onların Çexiya üzərindəki qələbəsi (4:1) son illərdəki ən yaxşı oyunları idi. Çox ağıllı oynadılar. Portuqaliya yığmasına gəlincə, bu komandanın heyətində çoxlu ulduz futbolçular var. Amma onların oyunu heç də yaxşı alınmadı. Mümkündü ki, bu, baş məşqçidən asılıdı.

- Sizcə, yığmamızın bu rəqiblərlə görüşdə şansı var?
- Şübhəsiz ki, yığmamıza çox çətin olacaq. İndidən nəsə demək çətindi. Amma real danışmaq lazımdı. Hər halda əminəm ki, onlara müqavimət göstərə biləcəyik. Qorxmaq lazım deyil. Ronaldo, Nani dünya səviyyəli ulduz olsalar da, bizim kimi futbolçudular.

- Tezliklə avrokubokların da yeni mövsümü başlayacaq. Komandalarımızın şanslarını necə görürsüz?
- Fikrimcə, hələ şansları qiymətləndirmək tezdi. Çünki rəqiblər hələ məlum deyil. Amma ən azı bir klubumuzun yaxşı nəticələr qazanacağına ümid edirəm. Klublarımızın transfer siyasətinə gəlincə, avrokubokların startına 3-4 həftə qalmış çoxlu futbolçu almaq o qədər də uğurlu addım deyil. Mənim fikrimcə, ən yaxşı halda iki və ya üç futbolçu almaq lazımdı. Yalnız o halda xətlər arasındakı əlaqənin yaxşı səviyyədə qalmasına nail olmaq olar. Əks halda ümumi komanda oyunu alınmaya bilər.