11 iyun 2012 19:26
XL baxışa gələn futbolçuları yola saldı, Skarlatake gəldi (FOTO)
Avstriyanin Kirxdorf qəsəbəsində təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” məşqlərini gündə iki dəfə olmaqla davam etdirir. Azerisport.az xəbər verir ki, düşərgədə baxışda olan iki futbolçu haqda da qərar çıxarılıb.
Belə ki, hər iki futbolçu - yaponiyali Saito Yosuke və holland Yason Oost məşqçilər korpusunun etimadını qazana bilməyərək geri göndəriliblər.
Dünən isə "Xəzər Lənkəran”ın Buxarestin "Dinamo" klubundan transfer etdiyi Adrian Manuel Skarlatake komandaya qoşularaq bu gün səhər məşqində də iştirak edib.
Hazırda komandada yüksək ab-hava hökm sürür. Zədəli futbolçunun olmamasi da məşqçilər korpusunu sevindirən məqamlardandı.
