11 iyun 2012 19:35
Neftçi Çempionlar Liqasının hazırlıqlarına başlayır
Azərbaycan çempionu “Neftçi” sabahdan etibarən UEFA Çempionlar Liqasının hazırlıqlarına start verəcək. Azerisport.az xəbər verir ki, bakılıların ilk təlim-məşq toplanışı Türkiyənin Bolu şəhərində baş tutacaq.
Böyükağa Hacıyev yetirmələrini burda üç sınaq matçında da yoxlayacaq. Lakin rəqiblərin kimliyinə qardaş ölkədəki hazırlıq prosesində aydınlıq gələcək.
Paytaxt təmsilçisinin növbəti toplanışı isə Avstriyada keçiriləcək.
