11 iyun 2012 19:42
AZAL baxışa 42 futbolçu çağırdı
AZAL yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gündən etibarən bir araya gəlib.
“Təyyarəçilər” toplanışa çoxsaylı futbolçu da çağırıb. Belə ki, Azərbaycanın, Gürcüstanın, Serbiyanın və Sloveniyanın müxtəlif klublarından bütövlükdə 42 futbolçu AZAL-ın düşərgəsinə dəvət alıb.
Onlar yaxın beş gün ərzində bakılıların düşərgəsində məşq edəcəklər. “Təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov baxışa gələn futbolçuları həm məşqlərdə, həm də ikitərəfli oyunlarda sınaqdan keçirdikdən sonra qərarını açıqlayacaq.
