11 iyun 2012 23:05
İnter Türkiyədə bir oyuna 16 qol vurdu (FOTOREPORTAJ)
Türkiyənin İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirən "İnter" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Maşukiyəspor" klubuyla qarşılaşan komanda rəqibin qapısından 16 qol keçirib.
Türk futbolçular isə cəmi 1 dəfə fərqləniblər. "İnter"in heyətində Georgi Adamiya, Baçana Tsxadadze, Samir Zərgərov və Tales Şütz hərəyə 3 dəfə fərləniblər. 2 dəqiq zərbənin müəllifi Ramil Həşimzadə olub. Asif Məmmədovla Ramil Mansurov isə hərəyə bir qol vurublar.
Qeyd edək ki, bu oyunla “İnter”in ilk təlim-məşq toplanışına yekun vurulub.
