11 iyun 2012 11:31
Girov götürülən futbolçu azadlığa buraxıldı
İtaliyanın “Lecce” klubunun iyunun 9-da vətəni Nigeriyada girov götürülmüş futbolçusu Kristian Obodo xüsusi əməliyyat nəticəsində azadlığa çıxıb. Azerisport.az xəbər verir ki, 2006-cı Afrika Millətlər Kubokunun bürünc mükafatçısı kilsədə ikən silahlı quldur dəstəsinin hücumuna məruz qalıb.
Onu naməlum istiqamətə aparıblar. 28 yaşlı yarımmüdafiəçini azadlığa buraxmaq üçün quldurlar 190 min dollar tələb ediblər. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Obodo girovluqdan alınıb. Lakin əməliyyatın təfərrüatları açıqlanmır. Hazırda danışmaq iqtidarında olmayan Oboda azadlığa çıxdığı üçün Allaha minnətdarlıq edib.
Qeyd edək ki, Kristian Obodo 2011-2012-ci il mövsümünü “Lecce”də icarə əsasında keçirib. Futbolçunun transfer hüququ 2005-ci ildən “Udinese”yə məxsusdur.