11 iyun 2012 12:27
Cavadov: Klublarımızın heç biri qrup mərhələsinə çıxa bilməyəcək
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində klublarımızın transfer fəaliyyətindən söhbət açıb, onların avrokuboklardakı şanslarından danışıb.
“Bizə ilk növbədə o lazımdı ki, klublarımız nisbətən zəif komandalarla düşsünlər. Klublarımızın yalnız o halda növbəti mərhələyə adlamasına ümid bəsləmək olar”.
Regional Futbol Federasiyasının prezidenti hesab edir ki, klublarımızın avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaq şansları yoxdu: “Klublarımızın qarşılarına yüksək hədəflər qoyması hamı kimi, məni də sevindirir. Amma mən bunu real hesab etmirəm”.
Cavadov bu məqsədə çatmaq üçün yüksək səviyyəli futbolçularla güclənməyi və Avropa səviyəlli oyun sərgiləməyi vacib sayır: “Düzdü, klublarımız indiki gücləri ilə bir-iki mərhələ keçə bilərlər. Amma bu da yenə rəqiblərin kimliyindən asılıdı. Mən ciddi uğurlarımızın olacağına inanmıram. Düşünürəm ki, bu mövsüm də qrup mərhələsində təmsilçimiz olmayacaq”.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı avrokuboklarda “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və\ “Bakı” təmsil edəcək.
