11 iyun 2012 12:52
Ruslan Abışov XL-la bütün məsələlərdə razılığa gəldi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov “Xəzər Lənkəran”la müqavilənin bütün detallarında razılığa gələ bilib. Azerisport.az xəbər verir ki, mövsümün sonundan etibarən “Neftçi” ilə müqaviləsinin müddəti başa çatan futbolçu bölgə klubuna keçməyə qərar verib.
Paytaxt klubunun təklifindən imtina edən müdafiəçi indi prezident Sadıq Sadıqovla görüşü gözləyir. O, “ağ-qaralar”ın prezidentinə təşəkkürünü bildirib, halallıq almaq istəyir.
