12 iyun 2012 13:03

Ruslan Əmircanov: Mənim yerimə legioner axtarıldığı üçün Neftçidən gedirəm

Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov azerisport.az saytına müsahibəsində komandanı tərk etmək istəyindən, eləcə də “İnter”ə keçməyə yaxın olmasından danışıb.
 
- “Neftçi”də gedişiniz gündəmdədi. Bunun səbəbi nədi?
- Klub rəhbərliyi məni komandada saxlamaq istəyir. Onlar hələ xeyli müddət öncədən mənə yeni müqavilə təklif etmişdilər. Mən özüm də qalmaq istəyirdim. Amma sonradan hər şey dəyişdi.
 
- Nə dəyişdi?
- Eşitdim ki, mənim mövqeyimə legioner axtarırlar. Komandaya legioner dəvət olunursa, deməli, o oynamalıdı. Əks halda həmin oyunçu niyə alınır ki? Mənim isə 27 yaşım var. Bu yaşda ehtiyatda oturmağı planlaşdırmıram.
 
- Rəqabətdən qorxursuz?
- Xeyr. Sadəcə, daha çox oynamaq istəyirəm. Belə şəraitdə bu, mümkünsüzdü. Mən nə kluba, nə də baş məşqçiyə küsülüyəm. “Neftçi” ilə iki dəfə Azərbaycan çempionu olmuşam. Böyükağa Hacıyev həmişə məni əsas heyətdə oynadıb. Buna görə ona təşəkkürümü bildirirəm.
 
- Bəs “Neftçi” sizə maliyyə cəhətdən daha yaxşı şərtlər irəli sürsə, necə olacaq?
- Mənim üçün pul əsas deyil. Mən “Neftçi”dəki karyeram ərzində heç vaxt xüsusi məbləğ tələb etməmişəm. Həmişə klubun təklifini gözləmişəm. Sadıq Sadıqov oyunçuların əziyyətini lazımınca qiymətləndirib. Əgər mən daha çox qazanmaq istəsəydim, “Neftçi”də qalardım. Burda hər qələbədən sonra mükafat alırdıq. Yaxud “Xəzər Lənkəran”ı da seçə bilərdim. Onlar da mənə yaxşı təklif irəli sürmüşdülər.
 
- “Xəzər Lənkəran”dan başqa daha hansı klub sizi heyətində görmək istəyir?
- “Xəzər Lənkəran” və “İnter”dən təklif almışam. “Bakı”dan da təklif almışdım, amma danışıqlar alınmadı. Böyük ehtimalla “İnter”ə keçəcəyəm. Kaxaber Tsxadadze ilə yaxşı münasibətlərim var. Fikrimcə, ordakı karyeram daha uğurlu alınacaq. Mən Tsxadadzenin rəhbərliyi altında “Standard”da çıxış etmişəm.
 
- “İnter”dən Avropa Liqasında nə gözləyirsiz?
- Çoxları “İnter”in Avroliqaya düşəcəyini gözləmirdi. Amma komanda əla mövsüm keçirdi və istəyinə çatdı. “İnter” hazırda transfer bazarındakı ən fəal klublarımızdan biridi. Komanda Adamiya, Şütz, Georgiyevski kimi oyunçularla güclənib. Fikrimcə, ən azı bir mərhələ keçə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.