12 iyun 2012 13:56
İnterin Türkiyə toplanışı başa çatdı (VİDEO)
Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışında olan "İnter" ötən gün ilk hazırlıq prosesini başa vurdu. Azerisport.az xəbər verir ki, hazırlıq planına əsasən komanda toplanışın son günündə yoxlama oyunu keçirməli idi.
Məhz həmin yoldaşlıq görüşü ilə də hazırlıqlar yekunlaşıb. Beləliklə, iyunun 1-dən başlayan təlim-məşq toplanışı bu gün başa çatıb.
Qeyd edək ki, 10 gün davam edən toplanış çərçivəsində komanda 20-yə yaxın məşq, 1 ikitərəfli oyun və 1 yoxlama görüşü keçirdi. Komanda bu gün vətənə qayıdır.
