12 iyun 2012 01:43

30 futbolçudan ibarət mövsüm

“Qəbələ” klubunun mətbuat xidməti komandanın 2011-2012 mövsümü ilə bağlı statistik məlumatlar hazırlayıb. Azerisport.az həmin statistik məqamlarla sizi də tanış edir:
 
- Premyer Liqanın 2011/12 mövsümündə 30 futbolçu “Qəbələ”nin şərəfini qoruyub.
- Premyer Liqanın 2011/12 mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirən Luiz Paulo Hilarodur – 31 oyun.
- Ümumilikdə 13 futbolçu oyunların yarıdan çoxunda – minimum 17 qarşılaşmada meydana çıxıb.
- 4 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar Amil Yunanov, Sergey Sokolov, Elnur Mustafazadə və Seymur Əsədovdur.
- Dəqiqə etibarilə Luis Paulo Hilario hamıdan çıx, Sergey Sokolov hamıdan az oynayanlardır – müvafiq olaraq 2734 və 1 dəqiqə.
- 30 futbolçudan 2-si qapıçıdır: Pavel Doroşev və Qrem Smit.
- Digər 28 futbolçu isə sahə oyunçularıdır.
- Bu oyunçulardan 12-si qol sevinci yaşayıb.
- Hərəyə 9 dəfə fərqlənən Luiz Paulo Hilario və Yannik Kamanan “Qəbələ”nin bombardirləri olub. Viktor Mendi 8, Deon Barton 6 qol vurub.
- “Qəbələ”nin 3 futbolçusu penalti zərbəsi vurub. Serje Cehua və Deon Barton zərbəni dəqiq yerinə yetiriblər. Yannik Kamanan isə 11 metrlik zərbədən qol vura bilməyib.
- Qapıçı Pavel Doroşev 3 penalti zərbəsindən yalnız 1-ni buraxıb. 2 halda isə top qapıdan keçməyib.
- “Qəbələ” çempionat ərzində 73 sarı vərəqə ilə cəzalanıb.
- 30 futbolçudan 22-si ən azı 1 sarı vərəqə alıb.
- Hamıdan çox – 7 dəfə Luiz Paulo Hilario cəzalanıb. Vurğun Hüseynov, Daniel Lopez Kruz və Mahir Şükürov hərəyə 6 dəfə sarı vərəqə görüblər.
- Cəmi 8 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb.
- Onlar arasında ən çox oyun Arif İsayev keçirib. O, 12 matçı cəzasız keçirib.
- İntizamlılar arasında meydanda ən çox dəqiqə keçirən Elmar Baxşıyevdir – 400 dəqiqə.
- “Qəbələ” çempionat ərzində 6 qırmızı vərəqə alıb. Mahir Şükürov digərlərindən çox – 2 dəfə cəzalanıb. Deon Barton, Aleksandr Çertoqanov.ş Nodar Məmmədov və Bruno da Silva 1 dəfə meydandan kənarlaşdırılıblar.
- 6 qırmızı vərəqədən 3-ü birbaşa, 3-ü isə 2-ci sarı vərəqə görə olub. Mahir Şükürov hər dəfə 1 səbəbdən qırmızı alıbsa, Aleksandr Çertoqanov və Bruno da Silva 2-ci sarı, Nodar Məmmədovla Deon Barton birbaşa meydanı tərk ediblər.
- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 17-si yerli, 13-ü legioner statusu daşıyır.
- 17 yerli futbolçudan 3-ü – Murad Hüseynov, Sergey Sokolov milliləşən futbolçulardır. Aleksandr Çertoqanov Ukrayna, Sokolovla Hüseynov Rusiya vətəndaşlığı da daşıyır.
- Abdulkader Kamara isə Qvineya və Belçika pasportlarına malik olaraq 2 vətəndaşlığa malikdir.
- İkili vətəndaşlığı olan 4 oyunçunu saymamaqla daha 9 ölkədən olan oyunçular “Qəbələ”də oynayıb. Komandada Braziliyadan 3, Serbiyadan 2, Fransa, Fil Dişi Sahili, Şotlandiya, Yamayka, Seneqal, Hollandiya və Latviyanın hərəsindən 1 oyunçu oynayıb.
- Komandanın ən yaşlı futbolçusu Deon Barton olub. O, aprelin 22-də “İnter”lə keçirilən oyuna 35 yaş 5 ay 28 günlüyündə çıxıb.
- Komandanın ən gənc futbolçusu isə Elnur Mustafazadədir. O, debüt etdiyi aprelin 29-dakı “Bakı” ilə oyuna 16 yaş 7 ay 25 günlüyündə çıxıb.
- Ümumilikdə mövsümün sonunadək 30 futbolçudan 11-i 30 yaş həddini aşıb, 5-i isə 20 yaşı tamam olmayandır.
- “Qəbələ”nin 30 futbolçusunun orta yhaş həddi 29 yaş 9 ay 4 gündür.
- Yannik Kamanan XXI-XXIII turlarda ardıcıl 3 matç meydanı qolsuz tərk etməyib. Bu, mövsüm üçün komandanın rekordudur. Özü də XXI və XXIII turlarda dubla müəllifi olan legioner ardıcıl 3 matçda 5 dəfə fərqlənib.
- 7 dəfə hər hansı futbolçu ardıcıl 2 oyunda qol vurub. Deon Barton, Viktor Mendi hərəsi 2, Luiz Paulo Hilario, Yannik Kamanan, Serj Cehouan hərəyə 1 belə uğuru var.
- “Qəbələ” 12 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”ların 9-u Pavel Doroşev, 3-ü Qrem Smitin hesabındadır.
- Pavel Doroşev XVI-XIX turlarda ardıcıl 4 oyunda qapısını toxunulmaz saxlayıb.
- Çempionat ərzində “Qəbələ”ni meydana 4 kapitan çıxarıb: Mahir Şükürov – 19, Lyubo Baranin – 8, Saşa Yunisoğlu – 3, Vurğun Hüseynov – 2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.