12 iyun 2012 01:47
A Seriyasının iki klubu yeni baş məşqçisinə qovuşdu
İtaliyanın “Fiorentina” klubunun yeni baş məqşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postuna Vinçentso Montellanı gətirib.
Florensiya klubunun yaydığı rəsmi açıqlamada bildirilir ki, 37 yaşlı mütəxəssislə 1+1 şərti ilə müqavilə imzalanıb. O, bu postda başa çatan mövsümdə “Novara” ilə keçirilən matçda futbolçusu Adam Lyajiçi döyən Delio Rossini əvəzləyib.
Qeyd edək ki, 37 yaşlı Montella məşqçi karyerasına “Roma”da başlayıb. Paytaxt klubunda qısa müddət işləyən İtaliya millisinin sabiq üzvü 2011-2012 mövsümündə “Catania”ya başçılıq edib.
Maraq üçün onu da bildirək ki, artıq Montellanı əldən verən “Catania” da yeni baş məşqçisini müəyyənləşdirib. Vinçentsonun “Fiorentina”ya keçidi dəqiqləşən kimi bu klub da Rolando Maranla anlaşdığını açıqlayıb. B Seriyasında “Varese”nin baş məşqçisi olmuş mütəxəssislə 1 illik müqavilə bağlanılıb.
