12 iyun 2012 01:58
Bülent Korkmaz yenidən Bakıda
Türkiyə futbolunun canlı əfsanəsi – Bülent Korkmaz yenidən Bakıya gəlib. Azerisport.az xəbər verir ki, qardaş ölkənin “Galatasaray” klubunun əfsanəvi kapitanının səfəri işgüzar xarakter daşıyır.
Belə ki, “Bakı”nın sabiq baş məşqçisi olan Bülent Korkmaz “Topaz”ın Avropa çempionatı ilə bağlı layihəsində iştirak etmək üçün ölkəmizə təşrif buyurub. Onun burda keçmiş bir sıra görüşlər keçirməsi də gözlənilir.
