12 iyun 2012 14:17
"Azərbaycan AÇ-2016-ya vəsiqə qazanmaq üçün daha çox çalışmalıdı"
Hazırda ölkəmizdə səfərdə olan “Bakı”nın sabiq baş məşqçisi, Türkiyə yığmasının və “Galatasaray”ın keçmiş futbolçusu Bülent Korkmaz Azərbaycan yığmasının AÇ-2016-ya vəsiqə qazanmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, çox böyük və ambisiyalı məqsəddi. Bu məqsədə çatmaq üçün yalnız Azərbaycan yığmasındakı işlərlə kifayətlənmək olmaz. Bunun üçün Azərbaycanın bütün yaş qrupları arasında keçirilən çempionatlarında da zəruri işlər görülməlidi. Dörd ilə yaxşı komanda yaratmaq olar. Lakin bu yöndə təcili işlərin görülməsinə ehtiyac var. Berti Foqtsun Azərbaycan yığmasında çalışdığı dövr ərzində müəyyən inkişaf hiss olunur. Amma daha çox iş görmək lazımdı”.