12 iyun 2012 14:34
Mükafatlandırma mərasimi keçirildi (FOTOREPORTAJ)
Bu gün AFFA-nın inzibati binasında U-17 Liqanın 2011-2012-ci il mövsümünü mükafatçılar sırasında başa vurmuş komandaların təltifetmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, turnirin qalibi olan “İnter” klubuna qızıl medallar, diplom, kubok və AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat təqdim olunub. İkinci yeri tutmuş “Qarabağ” komandasına isə gümüş medallar və diplomlar verilib. Bundan başqa, “İnter”in yarımmüdafiəçisi Qurbanəli Əliyev liqanın ən yaxşı oyunçusu, “Neftçi” İSM-in üzvü Nicat Muxtarov isə bombardir üçün təsis olunmuş mükafata layiq görülüb.
