12 iyun 2012 14:55
FIFA U-17 qadınlararası dünya çempionatı ilə Karyerada ilk addım (FOTO)
Azərbaycan Turizm İnstititunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Karyerada ilk addım adlı Əmək Yarmarkası keçirilib. Azerisport.az xəbər verir ki, gənclər üçün yeni iş imkanlarının, fərqli karyera proqramların təqdim edildiyi sərgidə 57 müəssisə və təşkilat iştirak edib. FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsi (YTK) də sərgidə iştirak edib, gənclərə çempionatın təşkilində könüllülük və iş imkanları haqqında məlumat verib. Sərgi ziyarətçiləri könüllülük proqramına böyük maraq göstərib və YTK nümayəndələrinə öz suallarını ünvanlandırıblar.
Qeyd edək ki, «Karyerada ilk addım» devizi altında növbəti tədbir 22 iyun 2012-ci il tarixində «Qafqaz» Universitetində təşkil ediləcək. FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinin nümayəndələri növbəti tədbirdə də iştirak edəcək və gənc ziyarətçiləri mümkün vakansiyalar haqqında məlumatlandıracaqlar.
