12 iyun 2012 15:16
Millimizin Almaniyaya gedəcək heyəti açıqlandı
İyunun 17-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində Lüksemburqun U-16 yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, yığmamız iyulun 1-dən 5-dək Almaniyanın Duysburq şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Yığmanın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qasımov Ağaseyid – «İnter»
Peyman Natiq – «İnter»
Mustafazadə Bəhlul – «Qəbələ»
Hüseynov Roman – «Qəbələ»
Əlibabayev Vüqar – «Qəbələ»
Mirzəyev Sahil – «Qəbələ»
Süleymanov Coşqun – «Qəbələ»
Hüseynov Məhəmməd – «Qəbələ»
Dedyukin Aleksey – «Qəbələ»
Məmmədzadə Mirəli – «Qəbələ»
Əsədli Fərid – «Qəbələ»
Məmmədli Əlibəy – «Rəvan»
Həsənov Anar – «Rəvan»
Babayev Heydər – «Xəzər Lənkəran»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Turabov Eltun – «Qarabağ»
Cəbrayılov Şahban – «Qarabağ»
Məmmədov Məmməd – «Dukla» (Çexiya)
