12 iyun 2012 16:13
AFFA paytaxt klubuna texniki məğlubiyyət verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan birinci divizionunda baş verən olaylara da hüquqi qiymət verilib.
Belə ki, 10 iyun 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun «Şturm» – «Baku Fire» matçının 27-ci dəqiqəsində «Baku Fire» klubunun futbolçusu Rüfət Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanıb.
Oyunun 27-ci dəqiqəsində «Bakı Fire» klubu meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
