12 iyun 2012 17:12
Yığma komanda baş məşqçisiz qaldı
Futbol üzrə Paraqvay yığma komandası baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Paraqvay Futbol Federasiyası baş məşqçi Fransisko Arseni istefaya göndərib.
Buna səbəb sözügedən yığmanın 3 gün öncə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Boliviyaya 1:3 hesablı yenilgisi olub. Bütövlükdə isə onun rəhbərliyi altında komanda seçmə mərhələdə geridə qalan 5 oyuna cəmi 4 xal toplaya bilib. Uğursuz gedişatdan narazı olan federasiya rəhbərliyi çıxış yolunu Arse ilə yolları ayırmaqda görüb.
Qeyd edək ki, Arse DÇ-2010-da 1/4 finala qədər irəliləyən Paraqvay yığmasını 2011-ci ildən etibarən çalışdırmağa başlamışdı. Yığmanın keçmiş futbolçularından olan 41 yaşlı mütəxəssisə böyük ümidlər bəslənilsə də, o, etimadı doğrulda bilməyib. PFF-nin Fransiskonun boşaltdığı posta kimi gətirəcəyi hələlik bilinmir.
