12 iyun 2012 17:38

Azərbaycan yığmasının rəqibinin düşərgəsində qalmaqal

Futbol üzrə Portuqaliya yığma komandasının düşərgəsində qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, hazırda Polşa və Ukraynada keçirilən AÇ-2012-nin ilk turundakı uğursuzluq komandanın baş məşqçisi Paulu Bentu ilə kapitan Kristiano Ronaldonu üz-üzə qoyub.
 
Belə ki, Almaniya ilə oyundan (0:1) sonra Portuqaliya millisinin kapitanı əsəbi halda kapitan sargısını qolundan çıxararaq yerə tullayıb. Bundan sonra o, digər komanda yoldaşlarından fərqli olaraq, tribunaya yığışan azarkeşlərə tərəf gedib onları alqışlamaq əvəzinə birbaşa paltardəyişmə otağına yollanıb. Ronaldo hətta onun dayandırmaq istəyən baş məşqçi Paulo Bentunun da xahişini yerə salıb.
 
Lakin narazılıq bununla bitməyib. Məlumatda bildirilir ki, bundan sonra Bentu və Ronaldo arasında paltardəyişmə otağında da söz atışması olub. Bu zaman komandanın demək olar ki, bütün oyunçuları Ronaldoya qarşı çıxıblar. Onu yalnız “Real”dakı komanda yoldaşı Pepe dəstəkləyib. Ronaldoya qarşı çıxanlara isə Nani başçılıq edir.
 
Qeyd edək ki, Portuqaliya yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindəndi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.