12 iyun 2012 17:53

Bülent Korkmaz: Avropa yığmaları Bakıya gəlməkdən qorxurlar

Hazırda ölkəmizdə səfərdə olan “Bakı”nın sabiq baş məşqçisi, Türkiyə yığmasının və “Galatasaray”ın keçmiş futbolçusu Bülent Korkmaz azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycana xoş gəlmisiz. Səfəriniz uzun müddətlidi?
- Bakıya “Topaz”dan olan dostlarımızın dəvəti ilə gəlmişəm. Bu, mənim üçün doğma şəhərdi. Necə də olmasa, yarım il müddətində burda yaşamışam, “Bakı”nı çalışdırmışam. Burda çoxlu dostlarım var ki, çoxdan idi onları görmürdüm. Burda bir sıra telekanallarda da olmalıyam. Ondan sonra geri qayıdacağam.
 
- AÇ-2012-nin oyunlarını şərh etmək üçün dəvət olunmusuz?
- Bəli, mən “Topaz”ın təmsilçisiyəm. Bu marka üçün nə qədər çalışacağımı bilmirəm. Çünki hələ müqavilənin detallarını dəqiqləşdirməmişəm. Türkiyədə mövsüm başa çatandan bəri işsizəm. Amma bəzi təkliflər var. Azərbaycanda da işləmək istərdim. Çünki sizdə də futbol çox sevilir.
 
- Sizin “Bakı”ya qayıdacağınız gözlənilirdi...
- “Bakı”nın öz baş məşqçisi var. Novruz Əzimov komandasına ölkə kubokunu qazandırdı, avrokuboklara çıxardı.
 
- Azərbaycan futbolunu izləyirsiz?
- Az-çox izləyirəm. Amma daha çox yığmanın çıxışından xəbərdaram. Mənim Azərbaycan futbolunun inkişafı ilə bağlı öz ideyalarım var. Fikrimcə, ilk növbədə klubların baş məşqçilərinə öz postunda minimum 3 il işləməyə imkan verilməlidi. Məsələn, bildiyimə görə bu məsələyə yalnız “İnter”lə “Qarabağ” müsbət yöndən yanaşıb. Hesab edirəm ki, ölkə futbolunun səviyyəsini qaldırmaq üçün daha bir yol avrokuboklarda uğurlu çıxış etməkdi. Çempionlar Liqasında işiniz çətin olacaq. Amma Avropa Liqasında qrup mərhələsinə düşmək vaxtıdı. Təsəvvür edin ki, hansısa klubunuzun qrup mərhələsinə düşməsi necə ajiotaja səbəb ola bilər.
 
- Bizdə yığma komandalar almanlara tapşırılıb, klublarda uşaq futboluna isə türkiyəli mütəxəssislər baxırlar. Sizcə, bu, qəribə yanaşma deyil ki?
- Məncə, əsas istedadlı oyunçuları axtarıb tapmaqdı. Onsuz da Azərbaycanda hamı 4-4-2 sxemi ilə oynayır. Məsələn, mən də “Bakı”da 4+4+1+1 sxemindən yararlanırdım.
 
- Əfsuslar olsun ki, bizim futbolçuları karyeradan daha çox pul maraqlandırır...
- Pul futbolun olduğu hər yerdə diqqət mərkəzindədi. Yerli futbolçuların səviyyəsini göstərmək üçün yaxşı legionerlər dəvət etmək lazımdı. Hər bir futbolçu öz üzərində işləməlidi. Sizdə cəmi iki liqa var – Premyer Liqa və birinci divizion. Futbolun inkişafı üçün onların da sayı artırılmalıdı. Məsələn, bizdə dörd belə liqa var. Belədə, məşqçilər də işsiz qalmaz, yerli futbolçulara da tələbat çoxalar, onların qiymətləri də bu qədər yüksək olmaz.
 
- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızı AÇ-2016-ya çıxarmaqla bağlı iddialı açıqlama verib. Bunu, nə dərəcədə real hesab edirsiz?
- Bu, çox böyük və ambisiyalı məqsəddi. Bu məqsədə çatmaq üçün yalnız Azərbaycan yığmasındakı işlərlə kifayətlənmək olmaz. Bunun üçün Azərbaycanın bütün yaş qrupları arasında keçirilən çempionatlarında da zəruri işlər görülməlidi. Dörd ilə yaxşı komanda yaratmaq olar. Lakin bu yöndə təcili işlərin görülməsinə ehtiyac var. Berti Foqtsun Azərbaycan yığmasında çalışdığı dövr ərzində müəyyən inkişaf hiss olunur. Amma daha çox iş görmək lazımdı.
 
- Belə bir iddiada olan komandanın bir müddət öncə Fələstin və Andorranı məğlub edə bilməməsi faktı da var...
- Əvəzində Türkiyə yığmasını məğlub etmişdi. Rusiyaya vurduğunuz qol da yadımdadı. Bir sözlə müəyyən inkişaf var. Komandanız evdə çox yaxşı oynayır. Bunu Avropada da yaxşı bilirlər və hətta Bakıya gəlməkdən qorxurlar.
 
- Son zamanlar yığmamıza Ufuk Budaq, Cihan Özkara, Əli Gökdəmir, Uğur Pamuk kimi türk futbolçular da çağırılmaqdadı. Buna münasibətiniz necədi?
- Fikrimcə, onlara Türkiyə yığmasına düşmək çətindi. Düzünü deyim ki, onların oyununu görməmişəm. Ona görə də haqlarında danışa bilmərəm.
 
- Yəqin ki, Azərbaycanla Gürcüstanın AÇ-2020-ni birgə keçirmək iddiasından xəbəriniz var...
- Bilirəm. Hesab edirəm ki, siz təşkilatçılığı yaxşı bacarırsız. Tofiq Bəhramov adına Respublika stadionunun şəkillərini görmüşəm. Əla təsir bağışlayır. Bilirəm ki, Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçiriləcək. Bu, böyük işdi. Amma hesab edirəm ki, Türkiyənin AÇ-2020-ni keçirmək şansı daha çoxdu, nəinki Azərbaycanın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.