12 iyun 2012 18:09

Sumqayıt Aslan Kərimova əvəzləyici tapdı

“Sumqayıt” Futbol Klubunun məşqçilər korpusunda növbəti dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, ötən mövsümün birinci dövrəsindən sonra futbolçu karyerasını rəsmən “Sumqayıt”da başa vuran Aqil Məmmədov dərhal əvəzedici komandada Vaqif Paşayevin köməkçisi kimi işə başlamışdı.
 
40 yaşlı mütəxəssis 2012/2013 mövsümündən etibarən “Sumqayıt” da baş məşqçi Bernard Raabın köməkçisi kimi çalışacaq. Qeyd edək ki, Aqil Məmmədovdan başqa Mehman Yunusov da əsas komandada köməkçi məşqçidi.
 
Peşəkar karyerasına 1989-cu ildə Sumqayıtın “Xəzər” komandasında başlayan Aqil Məmmədov 1994-cü ildə Tovuzun “Turan” klubuna keçib. Adıçəkilən mütəxəssis futbolçu kimi hər iki komanda ilə Azərbaycan çempionatında gümüş medallara sahib çıxıb.
 
1996-1998-ci illər ərzində Sumqayıtın “Kimyaçı” klubunda çıxış edən Aqil 1997-1998-ci illər ərzində “Şəmkir”də ölkə çempionluğunu qazanıb. Karyerasının pik nöqtəsini 2003-2006-cı illər ərzində “Neftçi”də keçirmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “ağ-qaralar”la Premyer Liqa və ölkə kubokunu qazanıb. Aqil “Karvan” və “Standard”dan sonra “Sumqayıt”a qayıdıb.
 
Qeyd edək ki, Aqil Məmmədov Azərbaycan çempionatlarında ən çox forma geyinən 4-cü futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 364 dəfə meydana çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.