12 iyun 2012 19:03
Bülent Korkmaz Bakının bazasında (FOTO, VİDEO)
"Bakı" futbol klubunun sabiq baş məşqçisi Bülent Korkmaz bu gün klubun təlim-məşq bazasını ziyarət edib. Azerisport.az xəbər verir ki, iki il əvvəl Azərbaycandan ayrılan türkiyəli mütəxəssis gördüklərindən məmnun qaldığını ifadə edib.
Bazanı gəzişdikdən sonra klub infrastrukturuna ən yüksək qiymət verən Korkmaz belə şəraitdə əla futbolçuların yetişəcəyinə əmin olduğunu söyləyib. Klub prezidenti Hafiz Məmmədova futbolun inkişafında göstərdiyi xidmətlərə görə xüsusi təşəkkürünü bildirən qonaq "Bakı"ya Avropa sahələrində uğurlar arzulayıb.
Klubun icraşı direktoru Yaşar Seyidov fəxri qonağa klub atributları hədiyyə edib.
