12 iyun 2012 19:17
Sumqayıt Neftçidən daha bir oyunçu transfer etdi
“Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, son mövsümü “Neftçi”nin heyətində keçirmiş Elçin Sadıqov bu klubla 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Vaxtilə U-17, U-19 və U-21-in şərəfini qorumuş 23 yaşlı Elçin Sadıqov “Sumqayıt” Futbol Klubunda 12 nömrəli formanı geyinəcək.
Maraq üçün xatırladaq ki, “Sumqayıt” bundan öncə Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev və Səlahət Ağayevi də heyətinə qatmışdı.
