12 iyun 2012 19:30
“Əsas heyətə düşə bilmədiyim üçün Neftçidən ayrılmağa qərar verdim”
“Sumqayıt”ın yeni transferi Elçin Sadıqov bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Sumqayıt klubunun rəsmi saytna müsahibəsində bunları dilə gətirib:
“Ötən mövsümün sonunda “Neftçi”dən ayrılmağa qərar verdim. Paytaxt klubunda əsas heyətə düşə bilmirdim. Bu səbəbdən daim oynaya biləcəyim komandaya keçmək istəyirdim. “Sumqayıt” Futbol Klubundan təklif alan kimi dərhal danışıqlara başladım. Bu komandada özümü doğruldacağıma inanıram”.
