12 iyun 2012 22:02
Neftçi artıq Türkiyədədi
UEFA Çempionlar Liqası turnirində mübarizə aparacaq "Neftçi" PFK təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, Bakı-İstanbul təyyarə reysi ilə səfərə çıxan “flaqman” daha sonra avtobusla Bolu şəhərinə gedib.
"Ağ-qaralar" burada "Koru" otelində məskunlaşıblar. Qeyd edək ki, baş məşqçi Böyükağa Hacıyev qardaş ölkəyə yalnız yerli futbolçuları aparıb. Lakin onlar arasında müqavilələrini uzatmayan Ruslan Abışovla Ruslan Əmircanov yoxdu. Türkiyədə istirahətdə olan Abışovun “Xəzər Lənkəran”a, Əmircanovun isə “İnter”ə keçidi gündəmdədi. Legionerlər “Neftçi”yə Türkiyədə qoşulacaqlar.
"Neftçi"nin ilk hazırlıq prosesi iyulun 27-də yekunlaşacaq. Hazırlıq dönəmində “Neftçi” 2-3 yoxlama matçında qüvvəsini sınayacaq. Artıq rəqiblərdən birinin adı məlumdu. Belə ki, “ağ-qaralar” iyunun 17-də “Mordoviya” ilə qarşılaşacaq. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Bakılılar isə hələlik bu xəbəri rəsmən təsdiqləməyiblər. Türkiyə toplanışının ardında 3 günlük fasiləyə çıxacaq “Neftçi” hazırlığın ikinci mərhələsini keçirmək üçün Avstriyaya yollanacaq.
