12 iyun 2012 11:28
Ömər Üründül: Foqts hücum elementlərini daha da təkmilləşdirməlidi
Türkiyənin ən yaxşı futbol şərhçilərindən biri, uzun müddət TRT-də çalışmış Ömər Üründül hazırda davam edən Avropa çempionatını işıqlandırmaq üçün yenə iş başındadı. Azerisport.az saytının müxbiri Qdanskda onunla bir sıra məsələlərlə bağlı söhbətləşməyə imkan tapıb.
- AÇ-2012-nin gedişatı barədə nə deyə bilərsiz?
- İlk iki günün oyunlarından danışmaq istərdim. Dörd oyundan ikisini canlı, ikisini televizordan izlədim. Amma bu görüşlərdə yaxşı tempin şahidi olmadım. Yalnız Rusiya – Çexiya oyununu fərqləndirmək olar. Ola bilsin ki, futbolçular ağır mövsümdən sonra yorğundular. Ən böyük gözlənilməzlik isə yəqin ki, Danimarkanın Hollandiya üzərində qələbəsidi. Son dövrlər ümumiyyətlə böyük turnirlərdə belə sürprizlər çox olur. Ona görə də biz teleşərhçilər də çıxışlarımızda nisbətən diqqətli olmağa çalışırıq. Məsələn, mən TRT-də həmin oyundan öncəki xüsusi proqramda bildirmişdim ki, Hollandiya aşkar favoritdi. Amma bu oyunda “Barcelona”nın “Chelsea” ilə oyunundakı aqibətinin mümkünlüyünü də dilə gətirmişdim. Həqiqətən də az adamın gözlədiyi baş verdi. Bu da futbolun gözəlliyidi.
- Bəs sizin əsas favoritiniz kimi?
- Çoxları kimi mən də İspaniyanı favorit görürəm. Futbolda ağıllı, talantlı futbolçulardan qurulmuş komanda çox vacibdi. Bu da “Barcelona”da, bu komandanın oyunçularının böyük əksəriyyət təşkil etdiyi İspaniya yığmasında var. Onlar topla daha çox davranırlar, çoxlu qol vəziyyətləri yaradırlar. Amma sürpriz də ola bilər.

- Türkiyənin bu Avropa çempionatında çıxış edə bilməməsinə təəssüflənirsiz?
- Əlbəttə. Çox məyusam ki, biz həmin dövrdə qeyri-sabit oyun sərgilədiyimiz üçün bu çempionata vəsiqə qazana bilmədik. Avropa çempionatının startı ərəfəsində Türkiyə 60 min portuqaliyalı azarkeşlərin gözü qarşısında Portuqaliya yığmasını 3:1 hesabıyla məğlub etdi. Amma belə bir komanda Avropa birinciliyində yoxdu...

- Abdullah Avcının hazırkı işini necə qiymətləndirirsiz?
- Yığmamız 15 günlük təlim-məşq toplanışında oldu. Pis təsir bağışlamadılar. Amma indidən demək olmaz ki, komanda DÇ-2014-ün seçmə mərhələsinə necə başlayacaq. Amma bir şeyi bilirəm ki, Hollandiya AÇ-2012-dən yorğun çıxacaqlar. Onlar üzərində qazanılacaq qələbə yığmamıza çox müsbət təsir edə bilər.

- Bir qədər də Azərbaycan futbolundan danışaq. Bəs Azərbaycan millisinin qarşıdan gələn seçmə mərhələdəki şanslarını necə dəyərləndirərdiniz?
- Mən yığmanızı heç də son sıralarda yox, ən azı cədvəlin ortasında görmək istərdim. Mümkündü ki, Lüksemburq, Şimali İrlandiya yığmalarını yenmək olsun. İsraillə mübarizə aparmaq, Rusiya və Portuqaliya ilə oyunlarda sürprizlərə imza atmaq olar. Mənə elə gəlir ki, Rusiyaya qarşı mübarizə aparmaq sizə daha çətin olacaq, nəinki Portuqaliyaya.

- Yığmamıza bəzi Türkiyə əsilli futbolçuların cəlb olunmasına necə baxırsız?
- Çox müsbət. Onlar Azərbaycan yığmasına kömək edə bilərlər. Fikrimcə, Azərbaycan yığması artıq dünya futbolunda özünü isbatlamalıdı.

- Sizcə, bunun üçün nə çatışmır?
- Azərbaycan yığması daha çox müdafiə olunur. Hücum xəttində, qol vəziyyətlərinin yaradılmasında, onların reallaşmasında çoxlu problemlər diqqət çəkir.

- Berti Foqts əsas diqqəti həmişə müdafiəyə ayırır...
- Mən yığmada həmişə yerli məşqçilərin tərəfdarı olmuşam. Onlar öz futbolçularını daha yaxşı tanıyırlar. Amma əcnəbi məşqçi təyin olunursa, o da yerli mentaliteti ən azı yerlilər qədər bilməlidi. Foqts intizamı sevən mütəxəssisdi. Yaxşı oyunçu olub. Amma məşqçi kimi o, hücum elementlərini də təkmilləşdirməlidi.
- Azərbaycan və Gürcüstanın birgə AÇ-2020-ni keçirmək istəyi ilə bağlı nə deyərdiniz?
- Bilirsiz ki, Türkiyə də bu çempionatı keçirməkdə iddialıdı. Amma üstünlüyü Olimpiada-2020-yə verirlər. Bizdən əlavə Uels və Şotlandiya da belə bir iddia ilə çıxış edir. Yekun nəticəni zaman göstərəcək. İndidən proqnoz vermək çətindi. Türkiyə bu çempionata ev sahibliyi edə bilməsə, mən ilk növbədə belə bir bayramın daha yaxın və doğma Azərbaycanda keçirilməsini istərdim.