12 iyun 2012 12:05
Bakı Legia ilə qarşılaşacaq
“Bakı” Avropa Liqasına hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın hazırlıq planlarında dəyişiklik də edilib.
Belə ki, “zolaqlılar” öncədən iyunun 12-də Qəbələyə səfəri planlaşdırmışdı. Lakin sonradan komanda paytaxtda qalmağa qərar verib.
Paytaxt təmsilçisinin iyunun 16-da AZAL-la yoldaşlıq matçı keçirməsi gözlənilir. İyunun 18-də isə komanda Sloveniyaya yola düşəcək. Paytaxt təmsilçisi sözügedən ölkədəki təlim-məşq toplanışı zamanı üç sınaq matçı keçirməlidi. Bunlardan biri yerli “Mura”ya qarşı olacaq. “Zolaqlılar”ın digər rəqibi Polşanın “Legia” klubu olacaq. Daha bir rəqibin axtarışları isə hələ davam edir.
