12 iyun 2012 12:18

Yaşar Seyidova şiddətli töhmət, Zeynal Məmmədova xəbərdarlıq!

«Bakı» futbol klubu 7 iyun 2012-ci il tarixdə U-15 Liqasının “Bakı” - “Neftçi” final oyununda baş verən hadisələrlə bağlı rəsmi açıqlama yayıb. Azerisport.az həmin açıqlama ilə sizi də tanış edir:

“Bakı” futbol klubunda U-15 Liqasının final qarşılaşmasında baş verən hadisələrlə bağlı klubdaxili toplantısı keçirilib. Klub prezidenti Hafiz Məmmədov oyundan sonra yaşanan neqativ halları qətiyyətlə pisləyib, bunun yolverilməz olduğunu nəzərə çatdırıb. Klub rəhbərliyi tərəfindən bu hadisə ümumilikdə Azərbaycan futboluna yaraşmayan hal kimi qiymətləndirilib.

Klub prezidenti uşaq və yeniyetmə futbolçularla təlim-tərbiyə işlərinin qeyri-qənaətbəxş səviyyədə olduğunu, bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayıb. Hafiz Məmmədov qeyd edib ki, “Bakı” futbol klubuna əxlaq normalarına riayət etməyən, ədəb-ərkan qaydalarını pozan və milli mentalitetimizə uyğun gəlməyən hərəkətlərə yol verən idmançılar lazım deyil. İstənilən futbolçumuz ən yüksək keyfiyyətlərə belə malik olarsa, ancaq yuxarıda sadalanan parametrlərə cavab verməzsə, o oyunçu heç zaman “Bakı” futbol klubunun formasında meydana çıxmayacaq.
 
Klub prezidenti ölkəmizin bütün futbol klublarının bizim üçün doğma olduğunu, hamiya eyni gözlə baxdığını, Azərbaycan futbolunun inkişafı üçün çalışan bütün insanların bir amala xidmət etdiklərini vurğulayaraq, konkret halda U-15 liqasının oyununda münaqişə yaşanan “Bakı” və “Neftçi” klubları arasında heç bir problemin olmadığını, bu iki klubun daim dost və qardaş münasibətlərlə seçildiyini qeyd edib.
 
Hafiz Məmmədov klubun bütün yaş qrupları üzrə komandalarının üzvlərinə “fair play” prinsiplərinin aşılanması, etika normalarına ciddi şəkildə riayət edilməsinə xüsusui diqqət yetirilməsini tələb edib.
 
Toplantıda klubun icraçı direktoru Yaşar Seyidovun U-15 Liqasının final qarşılaşmasında yol verdiyi hərəkətlər müzakirə olunub. İcraçı direktorun hərəkətləri kəskin tənqid olunub, bunun yolverilməz olduğu diqqətə çatdırılıb. Yaşar Seyidovun oyundan sonra yaranan vəziyyətdə emosiyalara qapılaraq səhv addımlar atması pislənib. Klub prezidenti Hafiz Məmmədov İcraçı direktorun klubun formalaşmasında xidmətlərini, nöqsanlı hərəkətləri pis niyyət olmadan törətdiyini, klub kollektivin xahişini və onun səhvini dərk etməsini nəzərə alaraq Yaşar Seyidova şıddətli töhmət elan etməklə kifayətlənib.
 
Klub toplantısında mətbuat xidmətinin fəaliyyəti də geniş müzakirə obyektinə çevrilib. Hafiz Məmmədov xidmətin iş prinsiplərini analiz edərək, yer alan ciddi nöqsanlara toxunub. Xüsusən də, 7 iyun tarixində baş verən insidentlə bağlı klubun mövqeyini əks etdirməyən və klub prezidenti ilə razılaşdırılmamış rəsmi məlumatın klubun saytında yer alması Hafiz Məmmədov tərəfindən səhlənkarlıq və qeyri-peşəkarlıq kimi qiymətləndirilib. Bu məlumatın klubun rəsmi internet səhifəsi tərəfindən rəhbərliyin razılığı olmadan yayılması müəyyən olunub, buna yol verən şəxslər ciddi şəkildə cəzalandırılıb.
 
Yuxarıda sadalanan nöqsanların mövcudluğu klubun baş meneceri Zeynal Məmmədovun diqqətinə çatdırılıb və ona ciddi xəbərdarlıq edilib.
 
Hafiz Məmmədov yekunda xüsusi olaraq vurğulayıb ki, yaxın zamanlarda “Baghlan Group” şirkətlər qrupunun Avropa səviyyəsinə və standardlarına uyğun şəkildə yenidən formalaşması prosesi başa çatdırlıacaq. “Baghlan Group”un bir hissəsi olan “Bakı” futbol klubunun yeni strukturu da bu tələblərə müvafiq şəkildə təsdiq ediləcək və onun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.