13 iyun 2012 13:55
Xəzər Lənkəran daha bir futbolçusunu geri qaytardı (FOTOLAR)
“Xəzər Lənkəran”ın Avstriyada həyata keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, son iki gündə "Xəzər Lənkəran"ın məskunlaşdığı Kirxdorf qəsəbəsində yağışlar ara verməsə də, gündə iki dəfə olmaqla məşqlər keçirilir.
Dünəndən etibarən Kiprin "Apollon" klubuna icarəyə verilmiş portuqaliyalı futbolçu Joao Paulo Pinto da komandaya qoşulub. Futbolçunun "Xəzər Lənkəran"da qalıb-qalmamasına baş məşqçi Yunis Hüseynov qərar verəcək.
Sabah isə "Xəzər Lənkəran" Kirxdorf qəsəbəsinin futbol meydançasında ilk yoxlama oyununa çıxacaq. Rəqibin kimliyi haqqında əlavə məlumat veriləcək.
