13 iyun 2012 01:58
“Azərbaycanlı futbolçular Türkiyə klublarına 12-13 yaşlarından etibarən keçməlidilər”
“Fenerbahçe”nin əfsanəvi və sabiq futbolçusu Selcuk Yula Azərbaycanda səfərdədi. Azerisport.az xəbər verir ki, “Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazla birgə paytaxtımıza təşrif buyuran mütəxəssis futbolumuzla bağlı açıqlama da verib.
Saytımıza müsahibəsində o, azərbaycanlı futbolçuların Türkiyədə legioner həyatı yaşamaq şanslarından danışıb: “Azərbaycanlı futbolçuların Türkiyədə oynaması üçün ən optimal variant ondan ibarətdi ki, onlar artıq 12-13 yaşdan etibarən klublarımıza transfer olunsunlar. Türkiyə klublarına belə erkən keçid nəticəsində həmin oyunçular bu komandaların oyun fəlsəfəsinə daha yaxşı yiyələnəcəklər, fiziki hazırlıqları, anlaşma səviyyəsi daha əla olacaq. Amma təbii ki, bunun üçün ilk növbədə bizim klubların maraq göstərməsi, təklif ünvanlaması da vacibdi”.
