13 iyun 2012 14:34
Argentinalı hücumçu: Rəvanın ambisiyaları çox yüksəkdi (FOTO)
Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun hücumçusu Xuan Manuel Varea karyerasını Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə argentinalı futbolçu özü məlumat verib.
O, mətbuata açıqlamasında bildirib ki, bundan sonra “Rəvan”ın şərəfini qoruyacaq: “Azərbaycan futbolunda ayaxşı maliyyə şərtləri var. Azərbaycanda başqa argentinalı futbolçular da çıxış edirlər. “Rəvan”a keçidim mənim üçün yeni bir səhifə olacaq. Çünki yeni komandamın böyük ambisiyaları var”.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü futbolçu karyerası ərzində ölkəsinin “Velez Sarsfield”, “Deportivo Espanol”, “Depor Aguablanca”, “Central Cordoba” kimi klublarda çıxış edib. 2009-cu ildən çıxış etdiyi “Şiroki Briyeq”də isə 65 oyuna 24 qol vurub.
