13 iyun 2012 15:12
Novruz Əzimov: Avroliqadakı oyunlarımıza mane olmasa, Fenerbahçe ilə qarşılaşa bilərik
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Türkiyənin “Fenerbahçe” klubu ilə yoldaşlıq görüşü keçirmək ideyasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əgər imkan olsa, biz bu yoldaşlıq oyununu avqustun əvvəlində keçirmək istərdik. Amma bir məqamı nəzərə almaq lazımdı ki, bu, avrokuboklardakı oyunlarımıza təsir etməməlidi. Hər halda Avropa Liqasındakı oyunlarımız bizim üçün daha vacibdi, nəinki adi yoldaşlıq görüşü”.
Qeyd edək ki, “Bakı” ilə “Fenerbahçe” arasında yoldaşlıq görüşü keçirmək ideyasını ölkəmizdə səfərdə olan Türkiyə klubunun əfsanəvi futbolçusu Selcuk Yula səsləndirib.
