13 iyun 2012 14:59
“Rusiya bu oyunla Almaniyanı da məğlub edə bilər”
Türkiyənin “Fenerbahçe” klubunun sabiq kapitanı Selcuk Yula hazırda ölkəmizdə səfərdədi. Azerisport.az saytına müsahibəsində o, səfərinin məqsədi, AÇ-2012 və digər məqamlarla bağlı fikirlərini açıqlayıb:
“AÇ-2012-nin ilk turunun oyunları xoşuma gəldi. Hazırda 53 yaşım var. Buna qədər xeyli dünya və Avropa çempionatlarının şahidi olmuşam. Əgər “Topaz”ın dəvəti ilə Azərbaycana gəlməsəydim, yəqin ki, Polşa və Ukraynaya gedib, Avropa birinciliyinin oyunlarını daha yaxından izlərdim. Komandalar hələ yenicə sürət yığmağa başlayıblar”.
“AÇ-2012-nin ilk turunun oyunları xoşuma gəldi. Hazırda 53 yaşım var. Buna qədər xeyli dünya və Avropa çempionatlarının şahidi olmuşam. Əgər “Topaz”ın dəvəti ilə Azərbaycana gəlməsəydim, yəqin ki, Polşa və Ukraynaya gedib, Avropa birinciliyinin oyunlarını daha yaxından izlərdim. Komandalar hələ yenicə sürət yığmağa başlayıblar”.
Yula Avropa çempionatındakı favoritini də açıqlayıb: “Almaniya Avropa çempionatının favoritidi. Amma hələ əsl oyunlarını göstərməyiblər. İspaniya və İngiltərə də onlardan gözlənilən oyunu göstərə bilmədilər. İaliya da favorit hesab olunduğu halda, ilk oyununda o qədər xoş təsir bağışlaya bilmədi. Məncə, çox şeyə qrup mərhələsinin oyunlarından sonra aydınlıq gələcək. Çempionatın gizli favoriti kimi isə Rusiyanı fərqləndirərdim. Onlar Çexiya ilə qarşılaşmadakı oyunla hətta Almaniyanı da məğlub edə bilərlər”.
Türkiyəli sabiq futbolçu çempionatın ən gərgin matçı kimi hələlik İspaniya – İtaliya matçını fərqləndirir: “Fikrimcə, İspaniya bu oyunda səhvə tol verdi. Xüsusilə də baş məşqçisi. Visente del Boske komandada lazımı dəyişiklər edə bilmədi. Komandada əhval-ruhiyyə də yaxşı vəziyyətdə deyil. Çünki “Real”ın baş məşqçisi Joze Mourinyo az qala bütün mövsüm boyu hakimlərin “Barcelona”ya kömək etməsini iddia edirdi. Həmin qalmaqallar isə yığma üzvləri arasındakı münasibətlərdə də öz təsirini göstərir. Ümumiyyətlə isə, İspaniya yığmasına Messi lazımdı”.
“Fenerbahçe”nin əfsanəvi kapitanı həmçinin Hollandiya yığmasının baş məşqçisi Bert van Marveykin də ilk oyunda səhvlərə yol verdiyini düşünür: “Hollandiya yığmasının əla heyəti var. Amma komanda oyunu yoxdu. Mən bu komandada Huntelaar-Van Persi hücum cütlüyünə üstünlük verərdim. İndi hollandların taleyi Almaniya ilə oyundan asılıdı”.
Ukrayna yığması isə Yulanı təəccübləndirməyi bacarıb: “Düzünü deyim ki, mən bu oyunda İsveçi favorit hesab edirdim. Fikirləşirdim ki, artıq Şevçenko əvvəlki səviyyəsindən çox uzaqdı. Amma o, mənim necə səhvə yol verdiyimi dubla imza atmaqla isbatladı. Hər halda meydan sahiblərindən bunu gözləmək lazım idi”.
