13 iyun 2012 16:33
Neftçi Türkiyədə ilk məşqə çıxdı (FOTO)
Hazırlıq prosesi keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanan "Neftçi" Türkiyədə ilk məşqə çıxıb. Azerisport.az xəbər verir ki, təxminən 1 saat yarım davam etmiş məşq “flaqman”ın məskunlaşdığı "Koru" otelinin meydançasında baş tutub.
Yüngül qaçışla başlanan məşqin əsasını fiziki tapşırıqlar təşkil edib. “Ağ-qaralar” ikinci məşqinə Bakı vaxtı ilə saat 20:00-da çıxacaqlar.
