13 iyun 2012 17:18
Ruslan Abışov XL-da iki ilə bir milyon dollar qazanacaq
“Neftçi” ilə müqaviləsinin müddəti başa çatan Ruslan Abışov “Xəzər Lənkəran”a keçidlə bağlı bütün detallarda razılığa gəlib. Azerisport.az xəbər verir ki, bu gün o, cənublularla rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, “ağ-qaralar” da millimizin müdafiəçisinə yeni müqavilə təklif etmişdi. Lakin “ağ-yaşıllar”ın təklifi daha cəlbedici olub. Belə ki, Abışov bölgə klubunda iki il ərzində 1 milyon dollar qazanacaq.
Dünənə qədər Türkiyədə istirahətdə olan futbolçunun bu gün “Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışına qoşulması gözlənilir. Həmçinin baş məşqçi Yunis Hüseynovla da görüş nəzərdə tutulub.
