13 iyun 2012 17:35
“Rəvan”ın təklifi mənə çox maraqlı gəldi”
“Rəvan”ın təklifi mənə çox maraqlı gəldi. Əgər mənə bu komanda tərəfindən nəzər yetirilibsə, demək özümü prespektivli futbolçu hesab edə bilərəm”.
Azerisport.az xəbər verir ki, bu sözləri “Rəvan”ın yeni transferi Hüseyn Axundov deyib. AZAL-dan transfer olunan futbolçu “Rəvan”da özünü sübut etmək istəyir:
“Komanda yeni mövsümə ciddi hazırlaşır. Bizi Türkiyədə ciddi nailiyyətlərə imza atmış baş məşqçi çalışdıracaq. Qarşıya qoyulmuş hədəf isə yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Əsas məqsədim özümü doğrultmaq, məşqçinin etimadını qazanmaq və “Rəvan”ın uğurları üçün çalışmaqdı”.
