13 iyun 2012 18:08
Bakıda daha bir məşqçi (FOTO)
"Bakı" futbol klubunda yeni təyinat gerçəkləşib. Azerisport.az xəbər verir ki, Qəhrəman Əliyev baş məşqçi Novruz Əzimovun köməkçisi təyin olunub.
Xatırladaq ki, Qəhrəman Əliyev bu təyinata qədər əvəzedici komandamızın baş məşqçisi vəzifəsində çalışırdı. Onun bu təyinatından sonra “zolaqlılar”ın ikinci komandasını kimin çalışdıracağı hələlik bilinmir.
