13 iyun 2012 18:47

“Azərbaycanlı futbolçulara bu qədər pul xərcləmək cinayətdi”

Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov azərbaycanlı futbolçuların süni qiymət artırma cəhdlərinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Klubların işinə qarışmaq istəmirəm. Onlar kimə nə qədər istəsələr pul xərcləyə bilərlər. Amma eşidəndə ki, hansısa futbolçumuz 450-500 min manatadı, çox təəccüblənirəm. Yəni həqiqətən klublarımız bu pulu nəyə xərclədiklərini başa düşmürlər? Əgər futbolçu aldığı pulun qarşılığında ümidləri doğrultmursa, ona niyə o qədər pul xərcləmək lazımdı? Məgər klub rəhbərləri yerli futbolçuların millidə necə çıxış etdiklərini görmürlər? Əgər futbolçularımız həqiqətən bu pula dəyirlərsə, onda niyə yığmamız, klublarımız beynəlxalq arenada uğur qazana bilmirlər? Mən azərbaycanlı futbolçuların çox pul qazanmasının əleyhinə deyiləm. Amma klublar bu məsələyə daha peşəkar şəkildə yanaşmalıdılar. Bu gün evində oturaraq 500 min, 1 milyon alan azərbaycanlı futbolçu heç vaxt legioner həyatı yaşamaq istəməz. Fikrimcə, yerli futbolçulara bu qədər pul xərcləmək cinayətdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.