13 iyun 2012 11:26

AÇ-2012-də Polşa - Rusiya gərginliyi: küçə döyüşündən siyasətədək (FOTO, VİDEO)

Ötən gün AÇ-2012-də daha bir gərgin gün arxada qaldı. Azerisport.az xəbər verir ki, A qrupu çərçivəsində keçirilən Polşa – Rusiya oyunu xüsusi gərginliyi ilə diqqət çəkdi.
 
Məsələ burasındadı ki, həm bu görüşdən öncə, həm də oyun zamanı bir çox xoşagəlməz olaylar yaşandı ki, onlara toxunmamaq olmur. Öncə qarşılaşma ərəfəsində baş verən olaylardan söz açmaq istərdik. Hansı ki, belə olayların baş verməsi tam gözlənilən idi. Çünki rus fanatlar öz aqressivliklərini hələ Çexiya ilk oyundan sonra stadion işçiləri ilə döyüşə çıxmaqla nümayiş etdirmişdilər.
 
Polşa - Rusiya oyunu öncəsi rusiyalı fanatlar Varşavada yürüşə çıxmağa qərar vermişdilər. Lakin bu yürüş ciddi olaylarla yadda qaldı. Belə ki, yürüş zamanı hər iki komandanın azarkeşləri arasında dava düşüb. Şəhərin müxtəlif yerlərində baş verən münaqişələr zamanı polis hətta sakitlik yaratmaq üçün havaya güllə atmaq məcburiyyətində qalıb, eləcə də gözyaşardıcı və bibər qazından istifadə edib.
 
Qeyd edək ki, dava nəticəsində hər iki tərəfdən xeyli sayda ciddi xəsarət alanlar olub. Döyüşlərdə iştirak edən ən “fəal” azarkeşlər həbs olunublar. Saxlanılanların sayı 50-dən çox olub.
 
Lakin Polşa – Rusiya oyunundan öncəki gərginlik bununla da kifayətlənməyib. Belə ki, Varşavada keçirilən oyun zamanı da siyası qalmaqala səbəb olacaq ciddi hadisə baş verib. Qarşılaşmanın startında Rusiyanın dövlət himni səslənən zaman bu ölkədən olan azarkeşlər üzərində (This is Russia) (Bura Rusiyadı) sözləri yazılmış pankart açıblar. Bu zaman polşalı azarkeşlər rus azarkeşlərini fitə basmağa başlayıblar. Tühlükəsizlik qüvvələrinin də müdaxiləsindən sonra ruslar bu siyasi pankartı yığışdırıblar. UEFA-nın bu məsələylə bağlı hansı qərar verəcəyi maraq doğurur.
 
Qeyd edək ki, Rusiya ərazisində Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra iki ölkə arasında siyasi gərginlik davam edir. Bu gərginliyin nəticəsidi ki, bu oyun ərəfəsində bu qədər ciddi olaylar baş verdi. Qarşılaşmaya gəlincə, sonda tərəflər meydandan sülhlə ayrıldılar.
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.