13 iyun 2012 11:58
Galatasaray daha bir hücumçu aldı
Türkiyənin “Galatasaray” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi qardaş ölkə yığmasının da şərəfini qoruyan Umut Bulutu heyətinə qatıb.
Qeyd edək ki, bu futbolçu ötən mövsüm Fransanın “Toulouse” klubuna transfer olunmuşdu. Onun hazırda da Fransa klubu ilə müqaviləsi var. Bu üzdən də “Galatasaray” Umutu bir illik icarəyə götürüb. Lakin bir ildən sonra istanbullular onun transfer hüququnu da ala biləcəklər.
“Galatasaray” Fransa təmsilçisinə 1 illik icarə üçün 350 min avro ödəyəcək. Növbəti mövsüm onun transfer hüququna yiyələnmək üçün isə 3 milyon avro verməlidi.
29 yaşlı hücumçu Fransa çempionatında 17 oyunda 5 qola imza atmışdı. Umutun Fransa karyerasından öncə "Trabzonspor"da çıxış etdiyini də xatırladaq.
