13 iyun 2012 00:06

“Orada oynamaq bizim üçün çox çətin idi”

Azerisport.az sizi futbol üzrə Azərbaycan millisinin müdafiəçisi, “İnter”in kapitanı Vladimir Levinin müsahibəsi ilə tanış edir.
 
- Ötən mövsüm çox çətin alındı, lakin buna baxmayaraq komanda finişi 3-cü yerdə başa vurdu ki, bu da ona avrokuboklarda çıxış etməyə imkan verdi. Başa çatmış mövsüm haqqında fikirlərini bilmək istərdik...
- Birinci dövrədə yaxşı nəticələr göstərdik. Çempionatın final hissəsində mübarizə aparmaqda davam etdik və onun nəticələrinə görə mövsümü 3-yerdə başa vurduq. Hesab edirəm ki, bu, bizim üçün pis nəticə deyil.
 
- Azərbaycan milli komandasının toplanışından bu yaxınlarda qayıtmısan. Bu toplanışların və yoldaşlıq oyunlarının nəticələrini necə qiymətləndirirsən? Axı Andorra (0:0) ilə matç tənqid və narazılıq doğurdu.
- Andorra ilə matç barədə deyim ki, oyunumuz alındı, lakin çatışmayan qol oldu. Əgər biz çoxsaylı vəziyyətlərimizdən yararlana bilsəydik, o zaman vəziyyət başqa olardı. Yaponiya ilə görüş haqqında demək istəyirəm ki, orada oynamaq bizim üçün çox çətin idi. Ola bilər ki, böyük məsafə qət etməyimiz təsir göstərdi. Bir də ki, rəqib bizdən güclü idi.
 
- Çempionatın başa çatmasından sonra mətbuatda belə məlumat dolaşırdı ki, komandanı dəyişmək istəyirsən…
- Səmimi deyim ki, bunun üçün müəyyən zəminlər vardı, ancaq “İnter”də qalmağa qərar verdim. Bu, artıq “İnter”in heyətində keçirəcəyim 9-cu mövsüm olacaq.
 
- Digər futbolçularla müqayisədə daha az istirahət etdin. Ağır mövsümdən və milli komandanın toplanışlarından sonra məşq prosesinə uyğunlaşmaq çətin olmadı?
- Xeyr, çətin olmadı. Ötən mövsümdən uzaqlaşmaq üçün kifayət qədər vaxtım oldu. Evdə yaxşı dincəldim, ailəmlə birlikdə istirahət etdim. İstər fiziki, istərsə psixoloji planda gərginliyi aradan qaldırmağa müyəssər oldum.
 
- “İnter”i qarşıda Avropa Liqasında çıxış gözləyir. Necə düşünürsən, komanda bu turnirdə məqsədlərinə çata biləcək?
- Azərbaycan klubları hər mövsüm qarşılarına avrokuboklarda maksimal məqsədlər qoyurlar, təəssüf ki, müxtəlif səbəblərə görə məqsədlərinə çata bilmir. Burada çox şey püşkatmadan da asılıdı. “Qarabağ”ın Avropa Liqasında necə yaxşı çıxış etdiyini xatırlayırsınız? Lakin sonradan onların qarşılarına Dormundun “Borussia” komandası çıxdı.
 
- “İnter”in ilk təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların siyahısı artıq məlumdu. Maraqlıdı, bu komandalardan hansını klubun rəqibi qismində görmək istərdin?
- Bəli, mən potensial rəqiblərimizlə tanış olmuşam və deyim ki, onların arasında çox sayda yaxşı komanda var. Gizlətməyəcəyəm ki, bir qədər asan rəqiblə oynamaq istərdim. Lakin istənilən halda hər şey özümüzdən asılıdı. Rəqibdən asılı olmayaraq özümüzü yaxşı tərəfdən göstərməliyik. Uğurlu nəticə əldə etmək üçün bizə var gücümüzü ortaya qoymaq və yaxşıca çalışmaq lazımdı.
 
- “İnter” mövzusundan uzaqlaşaq. Artıq Avropa çempionatı başlayıb və çempionatın ev sahiblərindən biri vətəniniz Ukraynadı. Turnirin favoriti olaraq hansı komandanı görürsən?
- Bəli, AÇ-2012 turnirinin ev sahiblərindən biri də Ukraynadı və turnirin hər-hansı bir xoşagəlməz hadisə olmadan keçməsini çox istərdim. Ümid edirəm ki, təşkilati məsələlər baxımından problem baş qaldırmayacaq. Favorit barədə heç nə deyə bilməyəcəyəm. Əlbəttə, İspaniya və Almaniya kimi güclü komandalar var, lakin digər komandalar da yaxşıdı, bu turnirdə zəif komandalar yoxdu. Buna görə də, müəyyən sürprizlər gözləmək olar. Nə etmək olar, turnirin gedişini ancaq izləmək və hadisələrin inkişafını gözləmək qalır. Zaman göstərəcək.
 
- Maraqlıdı, Ukrayna milli komandasının üzvlərindən kiminləsə əlaqə saxlayırsan?
- Xeyr, milli komandada belə futbolçu yoxdu, mən ölkəni çox gənc yaşımda tərk etmişəm. Lakin Ukrayna çempionatında çıxış edən bir neçə futbolçuyla əlaqə saxlayıram. Ünsiyyət saxlayırıq, zəngləşirik və imkan düşəndə görüşürük. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.