13 iyun 2012 12:15

“Azərbaycanlı” futbolçular yığmada at oynatdı

Ötən il "Rəvan” klubunda uğurlu mövsüm keçirmiş syerra-leoneli yarımmüdafiəçi Samuel Barlay yığma komandanın heyətində keçirdiyi son oyunlar və "Rəvan” klubunda yeni mövsümlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

"İyun ayında yığmamızın heyətində iki oyunda iştirak etdim. İyunun 2-də baş tutmuş matçda Kabo-Verde millisini 2:1 hesabı ilə məğlub etdik. İkinci oyunu isə səfərdə Ekvatorial Qvineya komandasına qarşı keçirdik və heç-heçə oynadıq – 2:2.
 
Nəticə məni çox qane etdi. Birinci oyunda fərqlənə bilməsəm də, komanda yoldaşım Şeriff Suma gözəl bir qol vurdu. İkinci oyun isə mənim üçün daha uğurlu oldu. Belə ki, komandamızın ilk qolunu 23-cü dəqiqədə mən qapıdan keçirdim. Hər iki oyunda Şerifflə bir-birimizi çox yaxşı anlayırdıq. Bu isə "Rəvan”da keçirdiyimiz müntəzəm oyun və məşqlərin nəticəsidi.
 
İyunun 20-də başlanacaq təlim-məşq toplanışı barədə məlumat almışam və Bakıya gəlməyə hazırlaşıram. Düşünürəm ki, növbəti mövsüm biz daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bunun üçün isə məşqlərdə daha çox çalışmalı, hər bir oyunda isə əzmkarlıq göstərməliyik. Komandamızın güclü imkanları var və yeni futbolçuların gəlməsi ilə daha da güclənəcəyik. Ümidvaram ki, yeni mövsümdə komandanın futbolçuları öz potensialını tam ortaya qoyacaq və biz uğurlu nəticələr əldə edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.