14 iyun 2012 13:58

“Azərbaycan klubları Emre kimi ulduz futbolçular almalıdılar”

Azerisport.az ölkəmizdə səfərdə olan Türkiyənin “Fenerbahçe” klubunun sabiq futbolçusu Selcuk Yuladan aldığımız müsahibənin ikinci hissəsini diqqətinizə çatdırır. Qeyd edək ki, o, bu dəfə Azərbaycan futbolundan, eləcə də yığmamızdan danışıb.
 
“Azərbaycan yığması ildən-ilə səviyyəsini artırır. Komanda evdə daha gözəl oynayır. Əvvəllər hər komanda hesab edirdi ki, Azərbaycandan altı xalımız cibimizdədi. Amma indi əksər yığmalar Bakıya gəlməyə qorxurlar”.
 
“Mən Tofiq Bəhramov adına Respublika stadionunda oldum. Orda böyük işlər aparılır. Azərbaycanda futbol yüksək templə inkişaf edir. Dövlət bu idman növünə böyük diqqət ayırır. Amma futbolu inkişaf etdirmək üçün ilk növbədə klubların səviyyəsini qaldırmaq lazımdı. Kipr APOEL-inə baxın. Komanda Çempionlar Liqasında “Real”la mübarizə aparırdı. Hamı bildi ki, belə komanda da var. Sizin klublar da başlanğıc üçün avrokubokların qrup mərhələsinə vəsiqə qazanmalıdılar”.
 
Yula hesab edir ki, ulduz futbolçuların ölkəyə dəvət olunması yaxşı ideyadı: “Hər legioneri olmasa da, dünya səviyyəsində ulduz futbolçu kimi tanınan və 1-2 ilə karyerasını başa vuracaq oyunçuları dəvət etmək yaxşı ideyadı. Əlbəttə, Messi kimi ulduzların gəlişi mümkünsüzdü. Amma məsələn, türkiyəli tanınmış futbolçuları almaq olar. Düzdü, mən Aleksi sizə verməzdim (gülür). Lakin Emre Belözoğlunu götürmək mümkündü. O, iki il “Atletico”da oynadıqdan sonra azad olacaq”.
 
Sabiq “Fenerbahçe”li futbolçu Türkiyə superkubokunun Bakıda keçirilməsi ideyasına da toxunub: “Sizdə bu oyunu keçirməyə qadir olan Tofiq Bəhramov adına Respublika stadionu var. Federasiyalar arasında bununla əlaqədar danışıqlar aparmaq olar. Mən Türkiyə superkuboku uğrundakı oyunla yanaşı, “Bakı” və “Fenerbahçe” klubları arasında yoldaşlıq görüşü keçirmək təklifi ilə də çıxış etmişəm”.
 
Yula futbolun inkişaf etdirilməsi yönündə daha çox uşaq və gənclər futboluna diqqət yetirilməsinin vacibliyini də bildirib: “Xüsusi istedadı olan uşaqları üzə çıxarmaq, onları hətta ölkə xaricinə göndərmək lazımdı. Məsələn, 12-13 yaşlı uşaqlardan başlamaq olar. Ondan yaşlılar üçün artıq gec olar. Azərbaycana yaxşı uşaq məşqçiləri gətirilməlidi. Onların yanında yerli mütəxəssislər də çalışmalı, öyrənməlidilər. Berti Foqtsun da təcrübəsindən yararlanmaq lazımdı”.
 
Futbolçularımızın ölkə xaricinə yollanmaması probleminə də toxunan Türkiyə millisinin sabiq üzvü bunları söyləyib: “Ölkə xaricində oynamaq çox çətindi. Daim skautların diqqət mərkəzində olmaq lazımdı. Amma Azərbaycan klubları avrokuboklarda ciddi uğurlar qazana bilmədikləri, mübarizəni tez dayandırdıqları üçün skautlar da oyunçularınıza maraq göstərmirlər. Mən vaxtilə Türkiyənin Almaniyadakı ilk legionerlərindən olmuşam. Onlar mənim Türkiyə Superliqasındakı oyunlarımı görməmişdilər. Bu marağa səbəb Fransanın “Bordo” klubuna, İrlandiya və Avstriya yığmalarına vurduğum qollar olmuşdu. Buna görə də Bundesliqada oynamaq şansı qazana bildim. Sizin də Avropada bir neçə belə uğur qazanmağınız lazımdı ki, qitə səviyyəsində maraq artsın”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.