14 iyun 2012 02:26

UEFA Rusiya yığmasının 6 xalını siləcək

UEFA İntizam Komitəsi Rusiya millisini cəzalandırıb. Azerisport.az xəər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bu cəzaya rusiyalı azarkeşlərin AÇ-2012-nin qrup mərhələsində Polşa ilə keçirilən oyundan sonra (1:1) qalmaqal yaratmaları səbəb olub. Varşavada keçirilən qalmaqallı görüşdən sonra yaşananları araşdıran UEFA Rusiya Futbol Federasiyasına (RFF) 120 min avro cəza kəsib. Üstəlik Rusiya millisi AÇ-2016-nın seçmə mərhələsinə mənfi 6 xalla başlayacaq. Lakin cəza şərti xarakter daşıyır. Yəni bu cəza yalnız o halda qüvvəyə minəcək ki, rusiyalı fanatlar AÇ-2016-nın seçmə mərhələsində yenə oxşar hərəkətləri təkrarlayacaqlar.
 
Qeyd edək ki, Rusiya Futbol Federasiyasının UEFA-nın bu qərarına 3 gün ərzində yazılı etiraz etmək hüququ var. Bundan əlavə Polşa və Rusiya futbol qurumlarına bu görüşdən öncəki olaylara görə də inzibati iş açıla bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.