14 iyun 2012 14:27
FIFA-nın saytında Azərbaycan ilə bağlı videoçarx (VİDEO)
FIFA Azərbaycanla bağlı videoçarx yayıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, FIFA-nın saytında fəaliyyət göstərən xüsusi səhifədə ölkəmizin tanıtımı məqsədilə hazırlanmış videoçarx yerləşdirilib.
Videoçarx FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlıdı. Bu, ölkəmizi tanıtdırmaq məqsədi daşıyır.
