14 iyun 2012 16:19
Abışov Xəzər Lənkəranda ilk məşqə çıxdı
“Xəzər Lənkəran”ın yeni transferi Ruslan Abışov bu gün “ağ-yaşıl” formada ilk məşqə çıxıb. Azerisport.az xəbər verir ki, o, öncə komandanın üzvlərinə təqdim olunub.
Ardından isə Abışov yeni komandası ilə məşqlərə start verib. Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyada Avropa Liqasına hazırlaşır.
Azərbaycan millisinin müdafiəçisi son mövsümü “Neftçi”də keçirmişdi.
