14 iyun 2012 17:04
İspaniya - Azərbaycan matçının tarixi açıqlandı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 4-cü qrupun oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimiz İspaniya, Polşa və Bolqarıstanla eyni qrupda yer alır.
Bu qrupun oyunları Bolqarıstanda keçiriləcək. 4-cü qrupun oyunları oktaybr ayında baş tutacaq.
Yığmamızın oyunlarının təqvimini təqdim edirik:
19 oktyabr
İspaniya – Azərbaycan
Polşa – Bolqarıstan
21 oktyabr
İspaniya – Bolqarıstan
Azərbaycan – Polşa
24 oktyabr
Polşa – İspaniya
Bolqarıstan - Azərbaycan
