14 iyun 2012 18:17

Samir Əliyev: Ola bilsin ki, Neftçinin ÇL-dəki hansısa oyununda 2-3 dəqiqə meydanda oldum

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev vida matçı keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, onun vida görüşü Azərbaycan çempionu “Neftçi”nin ölkəmizi təmsil edəcəyi UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına da təsadüf edə bilər.
 
Bu barədə təcrübəli futbolçu saytımıza müsahibəsində özü məlumat verib: “Böyük futboldan getmək və buna görə vida matçı keçirmək istəyirəm. Ola bilsin ki, “Neftçi”nin Çempionlar Liqasındakı hansısa oyununda 2-3 dəqiqə meydanda oldum. Amma başqa hər hansı bir oyunda da ola bilər. Hər halda iki aydı özüm üçün hazırlaşıram, məşq edirəm”.
 
Qeyd edək ki, Samir Əliyev hələ ötən mövsümün əvvəlindən etibarən “Neftçi”nin düşərgəsinə qoşulmuşdu. Onun bəzi oyunlarda meydana çıxmasına dair ehtimallar olsa da, Əliyev sadəcə komanda ilə məşqlərdə iştirak edə bildi. Görünür digər klublardan da təklif ala bilmədiyi üçün o, karyerasını başa vurmağa qərar verib.
 
Yeri gəlmişkən, Əliyev artıq bundan sonra nə işlə məşğul olacağını da müəyyənləşdirib: “Vida oyunu keçirdikdən sonra məşqçiliyə başlayacağam. “Neftçi”nin əvəzedici heyətində çalışacağam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.